25.02.2022
25.02.2022 ci il tarixdə İsrafil Məmmədov ev muzeyində Xocalı soyqırımının 30 illiyi münasibətilə müzeydə "Xocalı qan yaddaşımız"adlı tədbir keçirildi.Tədbirdə İsrafil Məmmədovun adını daşıyan 27 saylı orta məktəbinin uşaq birliyinin rəhbəri ,müəlliməsi və 5 b sinifinin şagirdləri iştirak etdilər.İlk öncə vətən üçün canlarından keçmiş şəhidlərimiz 1dəqiqəlik sükutla yad edildi.Tədbirdə müzeyin elmi işçisi Cəfərova Aidə və müzeyin bələdçisi Babayeva Aynur tərəfindən şagirdlərə Xocalı soyqırımı faciəsi haqqında məlumat verildi.